American Cancer Society (Amerika Onkoloji Cəmiyyəti) kriptovalyuta ilə ianə toplanması ilə məşğul olan The Giving Block ilə birgə əməkdaşlıq çərçivəsində kriptofond yaratdılar. Əsas məqsəd xərçəng xəstəli ilə mübarizədə tədqiqat təşəbbüslərini maliyyələşdirmək üçün 2021-ci ildə ən azı 1 milyon dollar toplamaqdır. Amerika Xərçəng Cəmiyyətinin məlumatına əsasən 2020-ci ildə xərçəng ilə mübarizə üçün verilən ianələr COVID-19 pandemiyası ilə əlaqədar olaraq 50% azalıb. Fond ianələri Bitcoin (BTC), Bitcoin Cash (BCH), Ethereum (ETH), Litecoin (LTC), Zcash (ZEC), Gemini Dollar (GUSD), Basic Attention Token (BAT), Chainlink (LINK) ilə qəbul edir. Bu kriptovalyutalar ilə fonda 250.000 dollar və ya daha çox ianə verən ilk şəxs kriptofonda öz adını vermək imkanı əldə edəcək.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!