WSJ: Paramount Skydance Warner Bros. Discovery-ni almağı planlaşdırır | Banco.az

WSJ: Paramount Skydance Warner Bros. Discovery-ni almağı planlaşdırır

Müəllif - Fərid İslamov - Banco.az

Paramount Skydance media holdinqi Warner Bros. Discovery-ni almaq üçün təklif hazırlayır, bu isə iki əfsanəvi Hollivud studiyasının birləşməsinə səbəb ola bilər, The Wall Street Journal məlumat verir.

Satınalma təklifini Skydance-in rəhbəri David Ellison və onun atası, Oracle Corp.-un həmtəsisçisi milyarder Larry Ellison dəstəkləyir.

Qeyd olunur ki, Skydance Media və Paramount Global bir neçə həftə öncə birləşmə əməliyyatını tamamlayaraq Paramount Skydance-i yaratmışdılar.

Warner Bros. Discovery isə iyunun əvvəlində iki ayrı şirkətə bölünməyi və öz səhmlərinin ayrıca listinqini planlaşdırdığını açıqlamışdı: birində streaming aktivlər və studiyalar, digərində isə kabel kanalları olacaq.

Paramount Skydance isə Warner Bros. Discovery-nin bütün media aktivlərini almaq istəyir və əməliyyatın böyük hissəsini nağd pul ilə ödəməyi planlaşdırır, WSJ-nin mənbələri bildirir.

Qiymətləndirmə ehtimalları $59,4 milyardadəkdir.