Müəllif:Mehin Qasımova,Banco.az
"Berkshire Hathaway" son dövrdə "Apple" səhmlərindəki payını 14,9% azaldıb.
Banco.az xəbər verir ki, şirkət satışlara baxmayaraq, hələ də Apple-da təxminən 65 milyard dollarlıq mövqedə qalır.
Hesabat dövründə Berkshire həmçinin Google (Alphabet) şirkətinə 4,9 milyard dollar həcmində yeni investisiya yatırıb. Digər dəyişikliklər arasında Bank of America-dakı payın 6,1% azaldılması və Domino's Pizza-dakı investisiyanın 13,2% artırılması da yer alır.
Warren Buffett-in yaxın vaxtlarda təqaüdə çıxacağı gözlənilsə də, onun rəhbərlik etdiyi Berkshire-in portfel dəyişiklikləri bazar tərəfindən hər zaman yaxından izlənilir.
Şirkət hazırda təxminən 340 milyard dollar nağd vəsait saxlayır ki, bu da investisiya strategiyasına dair marağı daha da artırır.
