Müəllif - Fərid İslamov - Banco.az
Amerikan Warner Bros. Discovery (WBD) şirkətinin İdarə Heyəti Paramount Skydance tərəfindən təqdim olunan satınalma təklifini çərşənbə axşamı rədd edib, qərb KİV-ləri xəbər verir.
CNBC qeyd edir ki, bu, Paramount tərəfindən təqdim olunan artıq üçüncü təklif idi. Şirkət WBD-nin səhmlərini təxminən $24-ə almaq istəyirdi ki, bu da ümumi şirkət dəyərinin təxminən $59,5 mlrd olduğu qiymətləndirməyə uyğun gəlir.
WBD əvvəlcə açıqlamışdı ki, bir sıra potensial alıcılardan təkliflər alıb və onları nəzərdən keçirməyə davam edəcək. Şirkət həmçinin fərqli bölünmə və satış variantları da daxil olmaqla digər strategiya alternativlərini öyrənməyə davam edəcək.
Oktyabrın əvvəlində The Wall Street Journal yazmışdı ki, Paramount WBD-nin düşmən ələ keçirilməsini nəzərdən keçirə bilər.
WBD-nin səhmləri çərşənbə günü ticarət zamanı 1,7% artıb.
