Müəllif:Gülbəniz Hüseynli/Banco.az
İsveçin dünyaca məşhur avtomobil markası olan "Volvo"nun yaranma hekayəsi yəqin ki, hər kəs tərəfindən eşidilib.
Sosial şəbəkələrdə yer alan məlumatlara görə "Volvo"nun sahibi qızını yol qəzasında itirib və bu itkidən sonra dünyanın ən davamlı avtomobilini istehsal etmək qərarına gəlib.Lakin illərdir mövcud olan bu hekayə həqiqətə uyğun deyil.
Banco.az məşhur brend haqqında maraqlı məlumatları təqdim edir:
"Volvo" brendi 1927-ci ildə isveçli Assar Qabrielsson və Qustaf Larsson tərəfindən yaradılıb. Şirkətin istehsal etdiyi ilk avtomobil markası "Volvo Cars ÖV4" olub.
"Volvo" dünyanın ən davamlı və etibarlı avtomobilləri sırasında birincidir. Buna səbəb kimi təhlükəsizlik məsələlərinə digər şirkətlərdən fərqli yanaşması göstərilir. 1959-cu ildə isveçli mühəndis Nils Bohlinin üç nöqtədən bağlanan təhlükəsizlik kəmərini icad etməsi buna misal ola bilər. Kəmər sadəcə başlanğıc idi. Ardınca müxtəlif illər ərzində uşaq oturacaqları, hava yastıqları kimi təhlükəsizliklə bağlı icadlar avtomobilin interyerinə əlavə edilib. Heç təsadüfi deyil ki, "Volvo" təhlükəsizliklə bağlı onlarla icadın patentinə sahibdir.Üç nöqtəli təhlükəsizlik kəməri sayəsində indiyədək bir milyondan çox insanın həyatının xilas edildiyi təxmin edilir. Texnologiyalar inkişaf etdikcə, Volvo-dan başqa markaların da təhlükəsizlik sistemləri inkişaf etdi. EuroNCAP kimi beynəlxalq səviyyədə təhlükəsizliyin standardlarını müəyyənləşdirən təşkilatlar Volvo üçün xüsusi + vermədilər, beləliklə həm Volvo tarixinin ən töəhlükəsiz avtomobili XC 60 da, Mercedesin GLK-sı da 5 ulduz aldı. NHTSA isə ilk dəfə ən təhlükəsiz maşınlar siyahısına Volvo-nun heçbir modelinin adını salmadıqda, Volvo Amerika bazarında zərbə yedi. Əlbəttə, indi Volvo az qala bütün modelləri ilə ən təhlükəsiz avtomobillər siyahısına daxildir. Amma, Subaru-da bunu deyir. Bütün modelləri 5 ulduz alıb.Qeyd edək ki, Bohlinin icadı hazırkı avtomobil sənayesində standart kimi qəbul edilib.