Müəllif: Tamara Mustafayeva, Banco.az
“Volvo” ümumi işçi qüvvəsinin 7 faizini ixtisar edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, isveçli avtomobil istehsalçısı “Volvo” zəif tələbatı və mənfəəti qorumaq, həmçinin xərcləri azaltmaq məqsədilə qlobal işçi qüvvəsinin 7 faizini işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
“Volvo” bu gün verdiyi bəyanatda, bu addımın minə yaxın məsləhətçi daxil olmaqla təxminən 3 min vəzifəni əhatə edəcəyini bildirib.
Şirkət hal-hazırda, yarıdan çoxu İsveçdə olmaqla, təxminən 43 min 800 nəfəri işlə təmin edir.
“Volvo” bu ixtisarların 140 milyon dollar dəyərində yenidən qurma xərci ilə nəticələnəcəyini qeyd edib.
İcraedici direktor Hakan Samuelsson 2025-ci ilin birinci rübündə şirkətin gəlirinin 60% azaldığını söyləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!