Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” yanğın riski yarada biləcək batareya qüsurları səbəbindən ABŞ-də 44 mindən çox avtomobili geri çağırır.
Banco.az xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Geri çağırılma 2023–2025-ci illərdə istehsal olunmuş ID.4 model elektrik avtomobillərinə şamil edilir.
Məlumata görə, 44 mindən çox avtomobil batareyaların həddindən artıq qızması ehtimalı səbəbindən risk altındadır. Digər nəqliyyat vasitələrində isə batareya modullarında elektrodların düzgün yerləşdirilməməsi ilə bağlı istehsal qüsurları ola bilər.
“Volkswagen” avtomobil sahiblərinə rəsmi dilerlərlə əlaqə saxlayaraq batareya proqram təminatını yeniləməyi, zəruri hallarda isə batareyanın pulsuz dəyişdirilməsini tövsiyə edir.
Qeyd edək ki, keçirilən ticarət sessiyasında Volkswagen-in imtiyazlı səhmləri 1,2% ucuzlaşıb. Bununla belə, son üç ay ərzində şirkətin səhmləri 12,4% artım göstərib.
