Müəllif - Fərid İslamov - Banco.az
Alman avtomobil istehsalçısı Volkswagen AG (VW) gələn il kiçik elektrik avtomobilləri xəttini təqdim edəcək və orta müddətli perspektivdə bu seqmentdə hər il bir neçə yüz min avtomobil satmağı planlaşdırır.
VW-nin məlumatına görə, yeni xəttə iki Volkswagen markalı avtomobil, həmçinin Cupra və Skoda brendlərinə aid hər birindən bir model daxil olacaq. Elektrik avtomobillərinin qiyməti 25 min avrodan başlayacaq.
Bütün modellər vahid platforma əsasında hazırlanacaq, bu platformaya sürücüyə yardım sistemləri və proqram təminatı, həmçinin 450 km məsafəyə qət edə bilən akkumulyator texnologiyaları daxildir.
Yeni elektrik avtomobilləri modelləri bu həftə Münihdə keçiriləcək IAA Mobility beynəlxalq sərgisində təqdim olunacaq.
VW ümid edir ki, bu kiçik elektrik avtomobilləri seqmentində 20%-lik bazar payı qazana biləcək.
Bazar ertəsi VW-nin səhm qiymətləri 1,2% artıb. Cari ilin əvvəlindən onların dəyəri 11,3% yüksəlib.
