Visa və Birbank Biznes Azərbaycanda She’s Next təşəbbüsünün üçüncü dalğasını elan edir | Banco.az

Visa və Birbank Biznes Azərbaycanda She’s Next təşəbbüsünün üçüncü dalğasını elan edir

16 may 2025-ci il tarixində rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti, sahibkarlar üçün maliyyə, biznes və bankçılıq xidmətləri təklif edən Birbank Biznes-lə birgə qadın sahibkarlığının dəstəyinə və inkişafına yönəlmiş She’s Next qlobal təşəbbüsünün Azərbaycanda üçüncü dalğasına start verir.

Təşəbbüs çərçivəsində “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək. Proqram çərçivəsində iştirakçılar açar biznes bacarıqlarına yiyələnə, təcrübəli mentorların dəstəyini ala biləcəklər. Proqramın sonunda isə onlar öz bizneslərinin inkişafı üçün nəzərdə tutulan pul mükafatları uğrunda mübarizə aparmaq fürsəti əldə edəcəklər. Müsabiqənin mükafat fondu 60 000 manat təşkil edir.

 “Uğur hekayəni yarat” müsabiqəsi iki kateqoriya üzrə keçirilir:

  • Kiçik və Orta Bizneslər – bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatdan az olmayan sahibkar xanımlar müraciət edə bilərlər.
  • Mikro Bizneslər – bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatadək olan sahibkar xanımlar müraciət edə bilərlər.    

Müsabiqə çərçivəsində iştirakçılar bizneslərinin inkişaf planını işləyib münsifələr heyətinə təqdim edəcəklər.

Proqram dörd əsas mərhələdən ibarətdir:

1. Onlayn tədris: İştirakçılar bazar araşdırması, marketinq və satış, biznes fəaliyyətinin hüquqi aspektləri, strateji planlama və digər mövzular üzrə video mühazirələrdən yararlana biləcəklər. Mühazirələr 21 may 2025-ci il tarixindən etibarən She’s Next rəqəmsal platformasında yerləşdiriləcək.

2. Müsabiqədə iştirak üçün ərizələrin toplanması: 13 iyun 2025-ci il tarixinədək mühazirələrdə iştirak edən və test mərhələsindən uğurla keçən bütün iştirakçılar müsabiqədə iştirak üçün ərizə verə bilərlər. Ərizədə aşağıdakı məqamlar yer almalıdır:

○ İştirakçının niyə finalçı olmağa layiq olduğunu bildirən motivasiya məktubu;

○ İştirakçının biznesinə dair video təqdimat;

Seçim əsasında 10 finalçı müəyyən olunacaq. Ərizələrin qiymətləndirilməsi və seçim meyarları ilə layihənin saytında tanış olmaq olar.

3. Mentorluq sessiyaları: Azərbaycanın aparıcı biznes ekspertləri mentorlar qismində finalçılarla fərdi sessiyalar keçirəcəklər.

4. Final: 11 iyul 2025-ci il tarixində Bakıda finalçılar öz layihələrini peşəkar münsiflər heyətinə təqdim edəcəklər. Hər kateqoriyada 3 qalib biznesinin inkişafı üçün pul mükafatı əldə edəcək.

  • 1-ci yer: hər kateqoriya üzrə 15 000 manat;
  • 2-ci yer: hər kateqoriya üzrə 10 000 manat;
  • 3-cü yer: hər kateqoriya üzrə 5 000 manat.

Müsabiqədə iştirak üçün 10 iyun 2025-ci il tarixinədək (daxil olmaqla) proqramın saytından ərizə ilə müraciət etmək lazımdır.

Birbank Biznes bu il ilk dəfə olaraq “She’s Next” təşəbbüsündə çıxış edir. Birbank Biznes təşəbbüsün əhatə dairəsinin genişləndirilməsinə mühüm töhfə verərək  KOB-lar üçün yaradılan maliyyə və bankçılıq imkanları barədə məlumatları iştirakçılarla paylaşacaq və onlara bizneslərinin inkişafında kömək edə biləcək aktual bank məhsullarını təqdim edəcək. Birbank Biznes həmçinin “Uğur hekayəni yarat” proqramı çərçivəsində “Mikro Bizneslər” kateqoriyası iştirakçıları üçün ADA Universitetinin bazasında 4 əlavə canlı təlim təşkil edəcək.

Visa-nın Azərbaycan üzrə Baş direktoru və ölkə meneceri Nurlan Hacıyev layihəni yüksək qiymətləndirərək bildirib ki “Visa Azərbaycanda She’s Next Empowered by Visa” təşəbbüsünə 2021-ci ildə start verib. Ötən dövr ərzində bu təşəbbüs minlərlə Azərbaycan qadınına bilik əldə etməyə, öz bizneslərini möhkəmləndirməyə kömək edib. Bu il “Uğur hekayəni yarat” proqramı həmin təşəbbüsü yeni səviyyəyə çıxarmağı hədəfləyir. Məzmunlu tədris planı, mentor dəstəyi və pul mükafatları sayəsində “She’s Next” daha çox qadına öz sahibkarlıq potensialını artırmağa kömək edəcək. Birbank Bizneslə birgə biz ödəmə innovasiyalarını inkişaf etdirməyə və Azərbaycanda sahibkarlığı dəstəkləməyə davam etməklə yanaşı uzunmüddətli  əməkdaşlığımızı bu müştərək layihə ilə daha da gücləndiririk”.

She’s Next Empowered by Visa təşəbbüsünün üçüncü dalğası haqqında ətraflı məlumat və seçim meyarları ilə proqramın saytındakı qaydalar və iştirak şərtləri bölməsində tanış olmaq olar. Proqramın nəbzini tutmaq üçün onun WhatsApp-da rəsmi xəbərlər qrupuna qoşulun – orada xəbərlər, faydalı məqalələr və mühüm elanlar dərc ediləcək. Təşəbbüsün yeniliklərini həmçinin Visa-nın və Birbank Biznes-in rəsmi sosial şəbəkə hesablarından izləmək olar.

She’s Next Empowered by Visa haqqında

2019-cu ildən etibarən Visa şirkəti bütün dünyada She’s Next Empowered by Visa qlobal təşəbbüsünü həyata keçirir. 2021-ci ildə bu təşəbbüsə Azərbaycanda da start verilib; layihə öz biznesini inkişaf etdirməyə çalışan qadınlara kömək etməyə yönəlib. Ötən dövr ərzində 1000-dən çox qadın biznes seminarlarının dinləyicisi olub. 2022-ci ildə təşəbbüsün ikinci dalğası baş tutub və Visa Elevator Pitch müsabiqəsinin qalibləri öz bizneslərinin inkişafı üçün 15 000 manatadək mükafat qazanıblar.

Visa haqqında

Visa (NYSE: V[1]) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkəsində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında hər il həyata keçirilən 215 milyarddan çox maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək. Daha ətraflı məlumat üçün: visa.com.az.

Birbank Biznes haqqında

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Aşağı faizli mikro və biznes kreditləri, zaminsiz maliyyələşmə imkanları, POS terminallar, sürətli ödəniş sistemləri və digər rəqəmsal xidmətlər bu imkanlara daxildir. Bank üçün prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Azərbaycanda mikrokreditlərin tam onlayn verilməsini də ilk dəfə Birbank Biznes həyata keçirib. Biznes kartları vasitəsilə sahibkarlar bütün biznes xərclərini asanlıqla və nağdsız şəkildə həyata keçirə bilirlər. Eyni zamanda 300 000 AZN-dək rəqəmsal ani kredit, sürətli və funksional onlayn bankçılıq, eləcə də lizinq və zəmanət məhsulları ilə müştərilərin maliyyə ehtiyacları operativ şəkildə qarşılanır. Qeyd edək ki, son iki ildə Birbank Biznes-in onlayn kanalları vasitəsilə bankın müştərisi olan qadın sahibkarların sayı 1.5 dəfə artıb. Eyni zamanda, qadın sahibkarlara verilən mikro kreditlərin ümumi məbləği 5 dəfə çoxalıb. Bütün bunlar qadınların biznesə olan marağının və onların maliyyə əlçatanlığına çıxış imkanlarının genişləndiyini göstərir. Ətraflı məlumat üçün: https://birbank.business/