Venesuela neft satışından 300 milyon dollar qazanıb | Banco.az

Venesuela neft satışından 300 milyon dollar qazanıb

Müəllif:Mehin Qasımova,Banco.az

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez neft satışından ölkəyə 300 milyon dollar gəlir gətirdiyini bildirib.

Banco.az xəbər verir ki, bu barədə  danışan Rodrigez Vaşinqton administrasiyasının Venesueladan aldığı 500 milyon dollarlıq neft satışı ilə bağlı şərh verib.

Rodrigez xam neft satışından ilk ödənişin Venesuela Mərkəzi Bankına çatdığını bildirərək deyib:

"İlk 500 milyon dolların 300 milyonu ölkəyə daxil olub. Bazarı gücləndirmək və iqtisadi sabitliyi təmin etmək istiqamətində davamlı irəliləyişlər edirik".

Rodrigez inflyasiya və valyuta bazarındakı dalğalanmalara qarşı tədbirlər gördüklərini bildirib və ölkəyə xarici valyuta axınının davam edəcəyini qeyd edib.

Ağ Evin sözçüsü Karolin Livitt Vaşinqton və Karakas arasında 500 milyon dollarlıq müqavilənin imzalandığını açıqlayıb.