Müəllif - Eldar Kərimov - Banco.az
Amerika hökuməti əməkdaşlarının uçuş tezliyi prezident Donald Trampın andiçmə mərasimindən sonra keçən bir ay ərzində azalıb, bunu United Airlines Holdings aviaşirkətinin baş maliyyə direktoru Mayk Leskinen qeyd edib.
Bu tendensiya Trampın və onun müşaviri, iş adamı İlon Maskın hökumətin xərclərini azaltmaq və işin səmərəliliyini artırmaq vədləri ilə əlaqəli ola bilər, deyə CNBC yazır.
Şirkətin nümayəndəsinin dediyinə görə, rəsmilərin səyahətləri United-ın gəlirlərinin cəmi 2%-ni təşkil edir. 2024-cü ildə sərnişin daşımalarından gələn gəlir təxminən 52 milyard dollar olub.
Leskinenin sözlərinə görə, hökumət seqmentində tələbatın azalması digər sahələrdə, xüsusilə də məşhur istirahət yerlərinə beynəlxalq uçuşlara aktiv tələbatın artımı ilə kompensasiya olunur.
Son 12 ay ərzində United-ın kapitallaşması təxminən 2,3 dəfə artaraq 33,7 milyard dollara çatıb.