Unibank nağd kredit şərtlərini yeniləyib. İndi bankda nağd kreditlər illik 9%-dən başlayır, kredit üzrə maksimum məbləğ isə 70 000 manatadək artırılıb.
Faiz dərəcələrinin aşağı salınması müştərilərə daha sərfəli şərtlərlə kredit əldə etmək imkanı yaradır və maliyyə planlamasını daha çevik edir. Eyni zamanda, kredit limitinin artırılması daha böyük planlar üçün geniş maliyyə imkanları təqdim edir.
Unibank müştəriyönümlü yanaşmasını davam etdirərək, maliyyə məhsullarını real ehtiyaclara uyğunlaşdırır və daha əlçatan bankçılıq təcrübəsi təqdim etməyi hədəfləyir.
İndi “Unibank”da nağd kredit şərtləri belədir:
- illik 9%-dən başlayan faizlə kredit;
- 70 000 AZN-dək məbləğ;
- zamin tələbi yoxdur;
- 60 ayadək ödəniş müddəti;
- sürətli və rahat rəsmiləşdirmə;
- müştərinin istəyinə görə kredit həyat sığortası.
Krediti banka gəlmədən sifariş etmək imkanı:
- “Kredit” sözünü SMS ilə 8117-yə göndərərək;
- Bankın saytından onlayn müraciət etməklə: https://unbk.az/nagdkredit.
Unibank- Sənin Bankın!
