Unibank-ın istehlak kreditləri portfeli 4% artıb | Banco.az

Unibank-ın istehlak kreditləri portfeli 4% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Unibank-ın kredit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 1 milyard 254 milyon 835 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 100 milyon 312 min manat və ya 8,7% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 644 milyon 6 min manat, biznes kreditləri portfeli 509 milyon 487 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 101 milyon 342 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 25 milyon 479 min manat və ya 4,1%, 72 milyon 583 min manat və ya 16,6%, 2 milyon 250 min manat və ya 2,3% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram