Uber və Çin şirkəti Momenta Münhendə sürücüsüz avtomobillərin sınaqlarını keçirəcək | Banco.az

Uber və Çin şirkəti Momenta Münhendə sürücüsüz avtomobillərin sınaqlarını keçirəcək

Müəllif - Fərid İslamov - Banco.az

Amerika şirkəti Uber Technologies və Çin şirkəti Momenta 2026-cı ildə Münhen (Almaniya) şəhərində sürücüsüz avtomobillərin sınaqlarını keçirməyi planlaşdırır.

Şirkətlərin mətbuat xidmətində bildirilir:
"Bu əməkdaşlıq Momenta-nın süni intellekt əsasında hazırladığı qabaqcıl avtonom idarəetmə texnologiyasını Uber-in qlobal platformasına inteqrasiya etməyə imkan verəcək və Avropada və digər regionlarda təhlükəsiz, miqyaslana bilən və effektiv robotaksi xidmətləri təqdim etməyə şərait yaradacaq."

2025-ci ilin mayında Uber və Momenta ABŞ və Çin xaricində beynəlxalq bazarlarda sürücüsüz avtomobillərin tətbiqi üçün strateji razılaşma imzalayıblar. Həmin zaman elan olunub ki, ilk testlər Avropada 2026-cı ilin əvvəlində keçiriləcək.

Uber-in baş icraçı direktoru Dara Xosrovsahi bildirib:
"Almaniya artıq bir əsrdir ki, dünya avtomobil sənayesini formalaşdırır, indi isə Münhen sürücüsüz avtomobillər vasitəsilə gələcəyi formalaşdırmağa kömək edəcək."

Momenta artıq Mercedes-Benz və BMW kimi Alman avtomobil şirkətləri ilə əməkdaşlıq edir. Çin şirkətinin sürücüyə yardım sistemi 400 mindən çox avtomobilə quraşdırılıb. Bundan əlavə, Momenta Şanxayda robotaksi xidmətini işə salıb və ilin sonuna qədər sürücüsüz kommersiya tətbiqini həyata keçirməyi planlaşdırır.