Müəllif: Gülnar Əhmədli, Banco.az
Türkiyə ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 661 milyon 525 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 286,1 milyon dollar və ya 76,2% çoxdur.
Hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 585,7 min ton və ya 2 dəfə artaraq 1,2 milyon tona yaxınlaşıb.
Qeyd edək ki, Türkiyə Azərbaycanın ən çox xam neft ixrac etdiyi 7-ci ölkədir.
Bizi sosial şəbəkələrdən izləyin!!