Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə işsizlik üçüncü rübdə 8,5 faiz hesablanıb.
Banco.az xəbər verir ki, Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğunun nəticələrinə görə, 15 və daha yuxarı yaşda olan şəxslər arasında işsizlərin sayı 2025-ci ilin III rübündə əvvəlki rüblə müqayisədə 26 min nəfər azalaraq 3 milyon 10 min nəfər olub. İşsizlik səviyyəsi isə dəyişməyərək 8,5% olaraq qalıb. İşsizlik nisbəti kişilərdə 7,0%, qadınlarda isə 11,2% olaraq qiymətləndirilib.
Mövsüm təsirlərindən təmizlənmiş məşğulluq nisbəti 49,0% oldu
2025-ci ilin III rübündə məşğul olanların sayı əvvəlki rüblə müqayisədə 65 min nəfər artaraq 32 milyon 558 min nəfər olub, məşğulluq nisbəti isə dəyişməyərək 49,0% səviyyəsində qalıb. Bu göstərici kişilərdə 66,2%, qadınlarda isə 32,1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
