Türkiyədə inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

Türkiyədə inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ötən ay aylıq inflyasiya 3,16 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

Məlumatlar göstərir ki, ötən ay Türkiyədə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 3,16 faiz artıb.

Qeyd edək ki, iqtisadçıların iştirak etdiyi anket sorğularına əsasən, aylıq artımın 3,5 faiz olacağı gözlənilirdi.

TÜİK tərəfindən açıqlanan məlumatlara görə, ölkədə mart ayında illik inflyasiya isə 68,50 olub ki, bu baxımdan proqnozlar 69 faizi göstərirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram