Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə avtomobil istehsalı 10 ay ərzində 12 faiz artıb.
Banco.az xəbər verir ki, Avtomobil Sənayesi Assosiasiyası (OSD) 2023-cü ilin 10 aylıq dövrünün məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ümumi istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 1 milyon 210 min 342 ədədə çatıb.
Ötən ilin 10 aylıq dövrü ilə müqayisədə 23 faiz artan avtomobil istehsalı 779 min 328 ədədə, traktor istehsalı da daxil olmaqla ümumi istehsal isə 1 milyon 258 min 751 ədədə yüksəlib.
Sözügedən dövr ərzində kommersiya nəqliyyatı qrupunda istehsal 3 faiz, yüngül kommersiya avtomobil qrupunda 6 faiz azaldığı halda, ağır kommersiya avtomobil qrupunda 23 faiz artıb.
İlin 10 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi avtomobil ixracı ədəd olaraq 7 faiz hesablanıb ki, avtomobil ixracatındakı artım isə 21 faiz olub.
Bizi sosial şəbəkələrdən izləyin!!