Türkiyə Türkmənistandan təbii qaz alacaq | Banco.az

Türkiyə Türkmənistandan təbii qaz alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkmən qazının Türkiyəyə gətirilməsi üçün BOTAŞ ilə Türkmənqaz arasında müqavilə imzalanıb.

Banco.az xəbər verir ki, bu barədə açıqlamanı Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar verib.

“Türkiyə-Türkmənistan enerji əməkdaşlığında tarixi bir addım atdıq. BOTAŞ ilə Türkmənqaz arasında Türkmən qazının ölkəmizə çatdırılmasını təmin edəcək sazişi imzaladıq,” – deyə Alparslan Bayraktar bildirib. 

O, müqavilə çərçivəsində 1 mart 2025-ci ildən etibarən qaz axınının başlanmasının planlaşdırıldığını açıqlayıb.

Bayraktar əlavə edib: “Uzun illər üzərində çalışdığımız bu anlaşma ilə ölkəmizin və regionumuzun təbii qaz təchizatının təhlükəsizliyini gücləndirərkən, iki ölkə arasındakı strateji əməkdaşlığı daha da irəli aparacağıq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram