Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə iqtisadiyyatının 2024-cü ilin 4-cü rübündə illik 3 faiz böyüməsi gözlənilir.
Banco.az xəbər verir ki, Türkiyə iqtisadiyyatının 2024-cü ilin dördüncü rübündə rüblük 1,9%, illik isə 3% böyüməsi, 2025-ci ildə isə 3,1% artması gözlənilir. Bu proqnoz sorğuda iştirak edən 15 institutun verdiyi cavablara əsaslanır.
Sorğu iştirakçılarının median proqnozuna görə, illik böyümə 3%, 2024-cü ilin ümumi iqtisadi artımı isə 3,1% olacaq.
Sorğu nəticələrinə əsasən, dördüncü rübdə ən aşağı rüblük böyümə proqnozu verən institut 0,7% artım gözləyir, ən yüksək proqnoz isə 3,9% təşkil edir. İllik göstəriciyə görə isə dördüncü rübdə ən aşağı böyümə proqnozu 1,1%, ən yüksək proqnoz isə 4,7% səviyyəsindədir.
2024-cü ilin ümumi iqtisadi artımı ilə bağlı proqnozlar arasında ən aşağı göstərici 3%, ən yüksək isə 3,6% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!