Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə iqtisadiyyatı 2024-cü ildə 3,2% böyümə qeydə alıb.
Banco.az xəbər verir ki, “Bloomberg HT” sorğusunda iştirak edən qurumların proqnozları 2024-cü ildə illik böyümənin 3,1% olacağı istiqamətində idi.
Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı məlumatlara görə, 2024-cü ilin son rübündə illik iqtisadi artım 3% təşkil edib. Bu göstəriciyə dair gözləntilər də 3% səviyyəsində müəyyən edilmişdi.
Son rübdə əvvəlki rüblə müqayisədə iqtisadi böyümə 1,7% olub. “Bloomberg HT” sorğusuna əsasən, bu göstərici üçün gözlənti 1,9% idi.
2024-cü ildə Türkiyə iqtisadiyyatının həcmi 1,32 trilyon dollara yüksəlib.
Adambaşına düşən ÜDM 2024-cü ildə cari qiymətlərlə 507 615 TL, ABŞ dolları ilə isə 15 463 olaraq hesablanıb.
Beləliklə, adambaşına gəlir göstəricisində rekord səviyyə qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!