Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə iqtisadiyyatı ilin ikinci rübündə ötən ilin eyni dövrünə görə 4,8 faiz artım göstərib.
Banco.az xəbər verir ki, TÜİK-in məlumatına əsasən, rüblük əsasda artım 1,6 faiz olub.
Bloomberg HT sorğusunda iştirak edən qurumların proqnozu ikinci rübdə illik artımın 3,8 faiz olacağı istiqamətində idi.
Rüblük artım gözləntisi isə 0,6 faiz olaraq müəyyənləşdirilmişdi.
TÜİK daha əvvəl illik əsasda 2 faiz olaraq açıqladığı birinci rübün artımını 2,3 faizə yuxarıya doğru yenilədi. Həmin dövr üçün rüblük artım isə 1 faizdən 0,7 faizə endirildi.
Bizi sosial şəbəkələrdən izləyin!!