Türkiyə əmtəə birjası yaratmağı planlaşdırır | Banco.az

Türkiyə əmtəə birjası yaratmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə mədən birjası yaratmağı planlaşdırır.

Banco.az xəbər verir ki, Türkiyə Mədənçilər Dərnəyinin (TMD) sədri Mehmet Yılmaz sektorun maliyyələşmə imkanlarını genişləndirmək və qiymət şəffaflığını artırmaq məqsədilə Türkiyədə əmtəə birjasının yaradılmasının planlaşdırıldığını, tənzimləyici qurumun təsdiqindən sonra platformanın bu il ərzində fəaliyyətə başlamasının nəzərdə tutulduğunu açıqlayıb.

Ankarada media nümayəndələri ilə görüşən Yılmaz bildirib ki, sözügedən məqsəd daha əvvəl 12-ci İnkişaf Planında da öz əksini tapıb. Onun sözlərinə görə, yaradılması planlaşdırılan birja xüsusilə qızıl, mis, bor və nadir torpaq elementləri kimi strateji minerallar üzrə istinad qiymətlərinin formalaşmasını təmin edəcək, bununla da qiymətlər daha şəffaf və izlənilə bilən olacaq.

Yılmaz vurğulayıb ki, Türkiyə mədən müxtəlifliyi baxımından güclü potensiala malikdir, lakin bu potensial beynəlxalq bazarlarda maliyyələşmə baxımından yetərincə səmərəli qiymətləndirilmir. O, fikirlərini belə davam etdirib:

“Mədən birjası vasitəsilə istehsalçı və investorlar üçün daha proqnozlaşdırıla bilən bazar dərinliyinin formalaşdırılması və risklərin azaldıldığı alqı-satqı mühitinin yaradılması hədəflənir. Birjanın “İstanbul Finans Mərkəzi”nin çətiri altında yerləşdirilməsi planlaşdırılır. İdarəetmə ilə bağlı “Enerji Piyasaları İşletme AŞ (EPİAŞ)” tərəfindən “Sermaye Piyasası Kurulu (SPK)”na müraciət edilib. Təsdiqin qısa müddətdə alınması və əməliyyatların 2026-cı il ərzində başlanması gözlənilir. “EPİAŞ”ın enerji bazarlarında formalaşdırdığı müddətli əməliyyat infrastrukturu və şəffaf qiymət mexanizmləri mədən birjasının texniki və əməliyyat quruluşunda mühüm üstünlük təmin edəcək.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram