Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Senatı Trampın 3,3 trilyon dollarlıq vergi endirimi və xərclərin azaldılması qanun layihəsini təsdiqləyib.
Banco.az xəbər verir ki, Donald Trampın 3,3 trilyon dollarlıq vergi və xərclərin azaldılması ilə bağlı qanun layihəsi Respublikaçı liderlərin qanun layihəsini dəstəkləməsi və tərəddüd edənləri razı salmaq üçün göstərdikləri intensiv səylərdən sonra çərşənbə axşamı Senatdan keçib.
Senatorlar qanun layihəsini 51-50 səslə qəbul ediblər. Vitse-prezident J.D.Vans bərabərliyi pozan səsi verib.
Nümayəndələr Palatasına göndərilən paket 4,5 trilyon dollarlıq vergi endirimlərini 1,2 trilyon dollarlıq xərclərin azaldılması ilə birləşdirir.
Gözlənilir ki, Nümayəndələr Palatasındakı Respublikaçılar bu vergi qanun layihəsinin 4 İyula qədər qəbul olunması üçün çalışacaqlar.
Sözügedən qanun layihəsində ştat və yerli vergi endirimlərinin artırılması, bəxşiş və əlavə saat gəlirlərindən vergi tutulmasının ləğv edilməsi və 2017-ci ildə qüvvəyə minmiş vergi endirimlərinin müddətinin uzadılması ilə yanaşı, xərclərin azaldılması da nəzərdə tutulur.
Bizi sosial şəbəkələrdən izləyin!!