Müəllif:Ayşən İmanova/Banco.az
Alman avtomobil istehsalçısı "Porsche", ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından (Aİ) idxal olunan avtomobillərə qoyulan rüsumları artırmaq ehtimalı qarşısında xüsusilə çətin vəziyyətdədir.
Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, hazırda "Porsche"nin satışları azalır, gəlirləri aşağı düşür və top-menecerləri istefa verir. Nəşr qeyd edir ki, son 15 il ərzində alman avtomobil istehsalçısı ABŞ-də davamlı inkişaf edib, lakin “Porsche”nin Amerika dilerləri tamamilə idxaldan asılıdır.
Bildirilir ki, əgər rüsumlar 10%-dən yüksək olarsa, "Porsche" istehsalın bir hissəsini ABŞ-yə köçürmək imkanını nəzərdən keçirməli olacaq.
Agentliyin məlumatına görə, “Porsche” tariflərdən yayınmaq üçün ana şirkəti “Volkswagen”in Tennessidəki yeganə Amerika zavodundan istifadə edə bilməyəcək, çünki brendin heç bir modelinin orada istehsal olunan yolsuzluq avtomobilləri ilə ümumi əsası yoxdur.
Qeyd olunub ki, rüsumlar 2,5%-dən 10%-ə qaldırılarsa, bu, alman avtomobil istehsalçılarının gəlirlərini 2,1 milyard avro azaldacaq.