Müəllif: Mehin Qasımova, Banco.az
41 yaşlı Erik Tramp milyarder oldu.
Banco.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın oğlu, 41 yaşlı Erik Tramp kriptovalyuta mədən şirkəti American Bitcoin-in səhmlərinin qiymətinin kəskin artması nəticəsində milyarderə çevrilib.
Kiçik Tramp layihənin həmtəsisçisi və baş strategiya mütəxəssisi kimi çıxış edir. Sentyabrın 3-də şirkətin səhmləri bahalaşıb və onun payının dəyəri 950 milyon dollara çatıb.
Bundan bir neçə gün əvvəl Erik Tramp prezidentliyə namizədliyinin mümkünlüyü ilə bağlı suala cavab verərkən belə deyib:
“Mən "yox" demirəm, amma "bəli" də demirəm”. O, maliyyə sektorunda çalışmaqdan zövq aldığını vurğulayıb.
Həmçinin bu həftə kriptovalyuta şirkəti World Liberty Financial-ın WLFI adlı yeni rəqəmsal valyutasının açıq bazar ticarətinə başlamasından sonra Donald Tramp ailəsinin sərvətinin bir gündə 5 milyard dollar artdığı qeyd edilib.