Trampın İran qərarı: Neft alan ölkələrə sanksiya tətbiq edəcək | Banco.az

Trampın İran qərarı: Neft alan ölkələrə sanksiya tətbiq edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp İrandan neft və ya neft-kimya məhsulları alan ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında etdiyi paylaşımda İrandan bütün neft və neft-kimya məhsullarının alışını dayandırmağa çağırıb .

"İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulları alan hər hansı ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq. Onların ABŞ-la heç bir şəkildə iş aparmasına icazə verilməyəcək", - Tramp deyib.