ABŞ prezidenti Donald Tramp ölkəni könüllü tərk etməyi planlaşdıran qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istədiklərini bildirib.
Banco.az xəbər verir ki, Amerikanın Fox News-un Noticias proqramına danışan Tramp immiqrasiya siyasəti ilə bağlı qiymətləndirmələr edib.
Tramp hazırda ölkədən “pis” immiqrantları deportasiya etməyə davam etdiklərini qeyd edib və ölkəni tərk etmək istəyən qeyri-qanuni immiqrantlar üçün proqram üzərində çalışdıqlarını açıqlayıb.
ABŞ-ı könüllü olaraq tərk edəcək qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istədiklərini ifadə edən Tramp, “Əgər yaxşıdırlarsa və geri qayıtmalarını istəyiriksə, onları mümkün qədər tez geri qaytarmaq üçün birlikdə çalışacağıq” deyib.
Tramp seçki kampaniyası zamanı “milyonlarla immiqrantı” deportasiya etmək istədiklərini söyləsə də, vitse-prezidenti JD Vance 1 milyon immiqrantla başlaya biləcəklərini bildirib.
Tramp qeyri-qanuni immiqrasiyaya qarşı mübarizəsinin bir hissəsi olaraq "xarici terror təşkilatları" ilə əlaqəsi olan immiqrantların deportasiyasını sürətləndirmək üçün əvvəllər yalnız müharibə zamanı istifadə edilən bir güc olan Yad Düşmənlər Qanununa müraciət edib.