Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp əvvəllər ayrılmış “fövqəladə büdcə xərclərini” təxminən 3 milyard dollar azaldacaq ki, bunun da 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulub.

Banco.az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələr məlumat yayıb .

Belə ki, Tramp ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən qəbul edilən 2023-cü il üçün borcların artırılması qanun layihəsi çərçivəsində ayrılan təcili maliyyə vəsaitinin həcmini azaldacaq. Trampın ixtisar etməyi planlaşdırdığı təxminən 2,5 milyard dollar xaricə yardım, o cümlədən miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi. Bununla belə, tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək.