Müəllif:Mehin Qasımova,Banco.az
"Rusiyadan qətiyyən razı deyiləm. Əgər 50 gün ərzində (Ukrayna ilə) razılığa gəlməsələr, biz tarifləri 100 faiz artıracağıq".
Banco.az xəbər verir ki, bunu ABŞ prezidenti Tramp bildirib.
ABŞ-ın bu silahları istehsal edəcəyini və NATO müttəfiqlərinin xərclərini qarşılayacağını izah edən Tramp Ukraynaya silah göndərmək barədə razılıq əldə etdiyini vurğulayıb.
“Biz NATO-nun koordinasiya etdiyi yüksək səviyyəli silahları (Ukraynaya) göndəririk”, - ABŞ prezidenti Tramp bildirib.