Tramp: Mən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazıram | Banco.az

Tramp: Mən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazıram

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olduğunu bildirib.

Ağ Evdəki müxbirin Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olub-olmaması ilə bağlı sualına Tramp “Bəli, mən” deyib.

Tramp dəfələrlə Rusiyanı yeni sanksiyalarla hədələyib, lakin Rusiya ilə Ukrayna arasında danışıqlar davam edərkən onları təxirə salıb.