Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Trampın 13-15 may tarixlərində Çinə səfəri planlaşdırılır.
Banco.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Trampın Çin prezidenti Si Cinpinin dəvəti ilə Pekinə rəsmi səfər edəcəyini açıqlayıb.
ABŞ tərəfinin əvvəllər açıqladığı səfər Çinin bəyanatı ilə təsdiqlənib.
Tramp 8 ildən sonra ilk dəfə Çinə səfər edəcək. ABŞ-ın keçmiş prezidenti Co Bayden heç vaxt Çinə səfər etməyib. ABŞ-ın Çinə sonuncu yüksək səviyyəli səfəri Trampın 2017-ci ildəki ilk prezidentlik müddəti ərzində baş tutub.
Qeyd edək ki, ABŞ prezidenti ABŞ-İsrail arasında İrana hücumla başlayan və İranın qisas tədbirləri ilə şiddətlənən Yaxın Şərq müharibəsinin hələ də həll olunmadığı bir vaxtda strateji rəqibi Çinə kritik bir səfər edəcək.
