ABŞ prezidenti Donald Tramp mövcud hadisələrlə bağlı Fox News-a açıqlamalar verib.
Banco.az xəbər verir ki, İsrailin İrana hücumları ilə başlayan münaqişədə hər iki tərəfin tükəndiyini və ABŞ-ın İrana endirdiyi hava hücumlarının uğurla nəticələndiyini bildirən Tramp, İranın hücumlardan əvvəl zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair iddiaları da rədd edib.
"Onlar dolanmaq üçün özlərindən başqa heç nəyi köçürmədilər. Etdiyimiz işin əslində edilə biləcəyini düşünmürdülər", - Tramp deyib.
İrana qarşı sanksiyaların hələ də qüvvədə olduğunu xatırladan Tramp, Çinin atəşkəsdən sonra İrandan neft ala biləcəyi ilə bağlı açıqlaması ilə bağlı bunları deyib: "Xeyr, bunu demədim. Sanksiyalar hələ də qüvvədədir. Amma onlar öz üzərlərinə düşəni edərlərsə, sülhpərvər olsalar və bizimlə əməkdaşlıq etsələr və bir daha zərər verməsələr, o zaman sanksiyaları ləğv edəcəm".
İran-İsrail atəşkəs nəticəsində İbrahim razılaşmasına qoşulmaq istəyən ölkələrin olub-olmaması ilə bağlı suala Tramp belə cavab verib: “Bəli, hazırda orada həqiqətən çox böyük ölkələr var və düşünürəm ki, biz onları gətirməyə başlayacağıq, çünki əsl problem İran idi”.
Tramp İranın bir anda İbrahim razılaşmasına qoşulacağını düşündüyünü, lakin Suriyanın qoşulmaq istəyib-istəmədiyini hələlik bilmədiyini deyib.