Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp “Intel” texnologiya şirkətinin baş direktoru Lip-Bu Tanı istefaya çağırıb.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Prezident Tramp sosial şəbəkələrdə etdiyi açıqlamada Amerika texnologiya şirkəti "Intel”in baş direktoru Lip-Bu Tanı istefaya çağırıb.
Tramp paylaşımında belə deyib:
“”Intel”in baş direktoru son dərəcə mübahisəlidir və dərhal istefa verməlidir. Bu problemin başqa həlli yoxdur.”
Respublikaçı senator Tom Kotton bu həftə "Intel”in İdarə Heyətinin sədrindən, CEO Lip-Bu Tanın Çinlə olan əlaqələri və Çin ordusu ilə bağlı bəzi şirkətlərə etdiyi investisiyalar barədə suallara cavab verməsini tələb etmişdi.
Kotton çip istehsal edən texnologiya şirkəti "Intel”in İdarə Heyətinin sədri Frank Yearİyə yazdığı məktubda Tanın "Intel”də CEO vəzifəsinə təyin olunmazdan əvvəl Çində etdiyi investisiyalar barədə soruşub. Kotton Tanın on ildən artıq müddət ərzində rəhbərlik etdiyi və Çin hərbi universitetinə məhsul satan texnologiya şirkəti "Cadence Design Systems Inc.” ilə əlaqələri ilə bağlı narahatlıqlara xüsusi diqqət çəkmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!