Tramp: İlon Mask ağlını itirib | Banco.az

Tramp: İlon Mask ağlını itirib

ABŞ prezidenti Donald Tramp son günlər pis münasibətdə olduğu İlon Maskı “ağlını itirib” kimi xarakterizə edib.

Banco.az xəbər verir ki, Tramp Mask haqqında danışmağı "xüsusilə düşünmədiyini" söyləyib.

ABŞ prezidenti həmçinin Maskın onunla görüşmək istədiyini, lakin bu söhbətə hazır olmadığını bildirib.

Trampın televiziya kanalına verdiyi açıqlamada  qeyd edib ki, Elon haqqında heç düşünmürəm:

"Onun problemi var. Yazıq adamın problemi var".

Düşünürəm ki, onunla bir müddət danışmayacağam, amma ona yaxşılıq diləyirəm deyən Tramp, Maskın 2026-cı il büdcə təklifi ilə bağlı onu tənqid etməsindən "çox məyus olduğunu" əlavə edib.