Tramp FED-ə çağırış etdi: Faiz dərəcələri ən azı 3 bənd azaldılmalıdır! | Banco.az

Tramp FED-ə çağırış etdi: Faiz dərəcələri ən azı 3 bənd azaldılmalıdır!

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp FED-dən  faizlərin ən azı 3 faiz bəndi endirilməsini istəyib.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social sosial media platformasında verdiyi açıqlamada ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətini bir daha tənqid edib. 

Bu vəziyyətin ABŞ-a hər il yenidən maliyyələşdirmə xərclərinin hər faiz bəndi üçün 360 milyard dollara başa gəldiyini iddia edən Tramp, Fed faiz dərəcəmiz ən azı 3 faiz bəndi çox yüksək olduğunu qeyd edib.

Tramp açıqlamasında ölkədə inflyasiya olmadığını və şirkətlərin Amerikaya axışdığını da bildirib və “dünyanın ən isti ölkəsi!” ifadəsini işlədib.

Tramp mesajını böyük hərflərlə yazılmış çağırışla yekunlaşdırıb:
“AŞAĞI FAİZ DƏRƏCƏLƏRİ”