Tramp: Əksər ölkələrə 15% və ya 20% ümumi tariflər tətbiq edəcəyik | Banco.az

Tramp: Əksər ölkələrə 15% və ya 20% ümumi tariflər tətbiq edəcəyik

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp tariflər barədə açıqlama verib.

Banco.az xəbər verir ki, Tramp əksər ticarət tərəfdaşlarına 15% və ya 20% tarifləri tətbiq etmək planlarını açıqlayıb.

"Biz bütün qalan ölkələrə deyəcəyik ki, onlar 20% və ya 15% olsun, bir şəkildə ödəyəcəklər. Biz bunu indi aydınlaşdıracağıq", - Tramp deyib.

Tramp Avropa İttifaqı üzvlərinə yeni tarif dərəcələri barədə məlumat verən məktubların bu gün və ya sabah göndəriləcəyini açıqlayıb:

 "Mən bunu bu gün etmək istəyirəm. Yaxın bir neçə saat ərzində elanlar verəcəyik".