Tramp daimi yaşayış icazəsi almaq prosesini sürətləndirən sərəncam imzalayıb | Banco.az

Tramp daimi yaşayış icazəsi almaq prosesini sürətləndirən sərəncam imzalayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Tramp ABŞ-də yaşayış icazəsinin verilməsinin sürətləndirilməsi haqqında fərman imzalayıb.

Banco.az xəbər verir ki, ABŞ hökuməti əcnəbilərə 1 milyon dollar dəyərində sürətli proses vasitəsilə daimi yaşayış icazəsi olan "Tramp Qızıl Kartı" təqdim edəcək.

Yeni proqram ABŞ-a çox uğurlu və çox məhsuldar insanları cəlb etmək məqsədi daşıyır.

"Onlar gələcək üçün çox pul xərcləyəcəklər. Bu, ABŞ hökumətinə vergilərin azaldılması, milli borcun ödənilməsi və digər faydalı şeylərə yönələcək milyardlarla və milyardlarla dollarları cəlb etməyə imkan verəcək",-Tramp deyib.

Proqramın internet saytında qeyd edilib  ki, həmçinin əcnəbilərə 5 milyon dollar ödəməklə daimi yaşayış icazəsi, "Trump Platinum Card" adlanan kart veriləcək. Qəbul edənlərdən ölkədən kənarda qazandıqları gəlirə görə ABŞ vergisi ödəmələri tələb olunmayacaq.