Tramp Çini ABŞ-dan soya alışını dörd dəfə artırmağa çağırıb | Banco.az

Tramp Çini ABŞ-dan soya alışını dörd dəfə artırmağa çağırıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Çinin Amerika soya  alışını dörd dəfə artıracağına ümid etdiyini bildirib.

Banco.az xəbər verir ki, Prezidenti bu barədə  Truth Social-da yazıb.

"Çin soya qıtlığından narahatdır. Bizim gözəl fermerlərimiz ən yüksək keyfiyyətli soya istehsal edir. Ümid edirəm ki, Çin soya sifarişlərini tez bir zamanda dörd dəfə artıracaq. Bu, həm də Çinin ABŞ-la ticarət kəsirini əhəmiyyətli dərəcədə azaltmaq üçün bir yoldur"- deyə Tramp  fikrini yekunlaşdırıb.

Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-iyul aylarında Çinin ABŞ ilə ticarəti illik müqayisədə 12% azalaraq 337,22 milyard dollar təşkil edib.

2025-ci ilin ilk 7 ayında Çinin ABŞ ilə ticarət profisiti illik müqayisədə 13,1% azalaraq 165,52 milyard dollar olub.