Tramp avtomobil istehsalçılarına tarifləri yüngülləşdirə bilər | Banco.az

Tramp avtomobil istehsalçılarına tarifləri yüngülləşdirə bilər

ABŞ prezidenti Donald Tramp avtomobil istehsalçılarını bəzi tariflərdən azad etməyi planlaşdırır.

Banco.az xəbər verir ki,  bu barədə bazar ertəsi The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, avtomobil idxalında artıq 25 faiz rüsum ödəyən şirkətlərə polad və alüminium idxalı kimi digər tariflər tətbiq edilməyəcək. Üstəlik, Tramp bu qərarını elan etdikdən sonra avtomobil istehsalçılarına artıq ödədikləri rüsumların əvəzi ödəniləcək.

ABŞ administrasiyası həmçinin mayın 3-də qüvvəyə minəcək və 25% təşkil edən idxal avtomobil hissələrinə tariflərə yenidən baxacaq. Tədbirlərin avtomobil istehsalçılarına tədarük zəncirlərini köçürmək və qısa müddətdə şirkətlərə əhəmiyyətli dəstək vermək üçün vaxt verəcəyi gözlənilir.

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.