Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb | Banco.az

Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Trampın ailəsi onun ikinci prezidentlik müddətinin başlanmasından bəri kriptovalyuta ilə bağlı layihələrdən azı 2,3 milyard dollar gəlir əldə edib.

Banco.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib.

Belə ki, agentlik Tramp ailəsinin  dörd əsas kriptovalyuta layihəsindən nə qədər pul qazandıqlarını, bu layihələrə pullarının nə qədərini yatırdıqlarını və xarici investorlar üçün vəziyyətin necə inkişaf etdiyini təhlil edib.

Məlumata görə, Tramp ailəsi kriptovalyutalardan demək olar ki, heç bir risk olmadan 2,3 milyard dollar qazanıb, digər investorlar isə potensial itkilər də daxil olmaqla 2,3 milyard dollar itiriblər

ABŞ prezidentinin ailəsinə fayda verən şirkətlər arasında "World Liberty Financial", "AI Financial Corp" və "American Bitcoin" var. Xüsusilə "World Liberty Financial" token satışından təxminən 1,4 milyard dollar qazanıb.

Nəşr qeyd edir ki, Amerika liderinin oğulları Erik Tramp və Donald Tramp kiçik kriptovalyutalarla bağlı layihələrin həyata keçirilməsində iştirak edirlər.