Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp Hindistan və ABŞ-ın ticarət maneələrini aradan qaldırmaq üçün danışıqları davam etdirdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp ABŞ sosial şəbəkədəki paylaşımında bu məsələyə toxunub.
"Birləşmiş Ştatlar və Hindistanın iki ölkə arasında ticarət maneələrini aradan qaldırmaq üçün danışıqları davam etdirdiyini elan etməkdən məmnunam" -dedi.
Önümüzdəki həftələrdə Hindistanın baş naziri Narendra Modi ilə görüşməyi planlaşdırdığını bildirən Tramp deyib ki, əminəm ki, hər iki böyük ölkəmiz üçün uğurlu nəticə əldə etməkdə heç bir çətinlik olmayacaq.