"Tesla"nın satışları həyəcan təbili çalır | Banco.az

"Tesla"nın satışları həyəcan təbili çalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Tesla"nın satışları həyəcan təbili çalır.

Banco.az xəbər verir ki, "Tesla" 2025-ci ili investorların İlon Maskın avtonom sürüş və süni intellekt vizyonuna olan inamı ilə başa vurub. Lakin bu nikbinlik avtomobil satışlarına eyni dərəcədə əks olunmayıb.

"Bloomberg" məlumatlarına görə, "Tesla"nın dördüncü rübdə təxminən 440 min 900 avtomobil təhvil verməsi gözlənilir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalma deməkdir.

Şirkət səhmləri ilin ikinci yarısında güclü performans göstərsə də, bu yüksəliş əsasən Maskın robotaksi, süni intellekt və robototexnika sahəsində verdiyi iddialı açıqlamalara əsaslanıb. Buna baxmayaraq, sözügedən texnoloji proqnozlar salon satışlarında öz əksini tapmayıb. "Tesla"nın üçüncü rübdə rekord səviyyədə çatdırılmaya nail olmasına baxmayaraq, ilin son altı ayında satışlarda geriləmə yaşandığı bildirilir.

Wall Street tərəfində də mənzərə getdikcə daha pessimist görünür. Analitiklərin "Tesla" üçün 2026-cı ilə dair təhvil proqnozu iki il əvvəl 3 milyonun üzərində idisə, hazırda bu rəqəm təxminən 1,8 milyon səviyyəsinə enib. "CFRA Research" analitiki Garrett Nelson bildirir ki, investorlar qısamüddətli zəiflikləri nəzərə almadan "Tesla"nın uzunmüddətli avtonom vizyonuna fokuslanmağa davam edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram