"Tesla"nın mənfəəti ötən ilin son rübündə 61 faiz azalıb | Banco.az

"Tesla"nın mənfəəti ötən ilin son rübündə 61 faiz azalıb

Müəllif:Mehin Qasımova,Banco.az

"Tesla" şirkəti 2025-ci ilin oktyabr-dekabr ayları üzrə maliyyə hesabatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla"nın xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 61 faiz azalıb.

Müvafiq olaraq, şirkətin gəliri ötən ilin son rübündə illik müqayisədə 3 faiz azalaraq 24,9 milyard dollara düşüb.

"Tesla" 2024-cü ilin eyni dövründə 25,7 milyard dollar gəlir əldə etmişdi. Şirkətin gəliri də 2025-ci ildə illik müqayisədə 3 faiz azalaraq 94,8 milyard dollara düşüb.

Şirkətin 2025-ci il ərzində xalis mənfəəti 46 faiz azalaraq 3,8 milyard dollara düşüb.

"Tesla"nın səhm başına mənfəəti də 2024-cü ilin dördüncü rübündəki 60 sentdən 2025-ci ilin eyni dövründə 24 sentə düşdü.

Ötən ilin son rübündə azalmaya baxmayaraq, "Tesla"nın gəliri və mənfəəti bazar gözləntilərini üstələyib.