Müəllif: Gülnar Əhmədli, Banco.az
"Tesla" CEO-su İlon Maska təxminən 29 milyard dollar dəyərində yeni bir səhm mükafatı verdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Maska ümumilikdə 96 milyon "Tesla" səhmi ayrılıb.
Şirkət onun maaş paketi ilə bağlı davam edən məhkəmə proseslərini də vurğulayaraq yeni səhm mükafatının Maskın şirkətlə əlaqəsini gücləndirmək üçün nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, "Tesla" bu ilin əvvəlində Maskın maaş və mükafat sistemini yenidən qiymətləndirmək üçün xüsusi komitə yaratdığını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!