“Tesla” Avropa İttifaqına qarşı iddia qaldırıb | Banco.az

“Tesla” Avropa İttifaqına qarşı iddia qaldırıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Tesla”, Brüsselin Çindən elektriklə işləyən avtomobillərin idxalına rüsumlar tətbiq etməsi ilə əlaqədar, Avropa İttifaqına qarşı iddia qaldırıb.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” Avropa Məhkəməsinin sənədlərinə istinadən məlumat yayıb.

Bundan əvvəl oxşar iddialar Almaniyanın BMW və Çinin  BYD, “Geely” və “SAIC Motor” avtomobil istehsalçıları tərəfindən qaldırılmışdı.

Qeyd olunur ki, 2024-cü ildə Aİ-də satılan bütün elektrik avtomobillərinin təxminən beşdə biri (təxminən 300 min) Çində yığılıb.

Məlumata görə, Avropa Komissiyasına qarşı işə Avropa Ümumi Yurisdiksiya Məhkəməsində baxılacaq, onun qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verilə bilər. Prosesin təxminən 18 ay çəkə bilər.