“Telegram”ın gəliri 1 milyard dolları ötüb | Banco.az

“Telegram”ın gəliri 1 milyard dolları ötüb

Müəllif:Ayşən İmanova/Banco.az

“Telegram” messenceri Premium abunəliyinin istifadəyə verilməsindən sonra üç il ərzində ilk dəfə gəlirli olub.

Banco.az xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov  öz “Telegram” kanalında məlumat verib.

“Təxmin etdiyim kimi, 2024-cü il "Telegram" üçün çox uğurlu il oldu. Platforma 3 illik monetizasiya tarixində ilk dəfə gəlirli oldu", - deyə o yazıb.

Ən sərfəli kredit üçün müraciət et

Durov bildirib ki, bu il “Telegram Premium” abunəçilərinin sayı üç dəfə artaraq 12 milyonu ötüb. Reklam gəlirləri də bir neçə dəfə artıb. Nəticədə 2024-cü ildə “Telegram”ın ümumi gəliri 1 milyard dolları ötüb.

Qeyd edək ki, "Telegram Premium" ödənişli abunəliyi, messenger istifadəyə verildikdən on il sonra, 2022-ci ildə yaradılıb.