Müəllif:Mehin Qasımova,Banco.az
Fransa məhkəmə sistemi Telegram-ın qurucusu Pavel Durovun xaricə getməsinə qoyulan qadağanı aradan qaldırıb.
Banco.az xəbər verir ki, Durovun məhkəmə nəzarəti şərti iyun ayında yüngülləşdirilib və Telegram-ın təsisçisinə hər 14 gündən bir Fransaya qayıtmaq şərti ilə yaşadığı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə getməsinə icazə verilib.
41 yaşlı Durov ötən il ərzində məhkəmə nəzarəti şərtlərinə tam əməl edib. Durov 2024-cü il avqustun 24-də Parisin Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb.
Bildirilib ki, Durov Telegram-da qeyri-qanuni məzmuna daxil olduğu üçün saxlanılıb. Paris Prokurorluğu ona qarşı 12 fərqli ittiham irəli sürülən Durovun 28 avqust 2024-cü ildə 96 saatlıq həbsdən sonra məhkəmə tərəfindən 5 milyon avro girov və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldığını, həbs olunmadan mühakimə olunacağını və Fransa ərazisini tərk etməsinə qadağa qoyulduğunu açıqlayıb.
