UNEC rektoru, professor Ədalət Muradov.
Rektor, insana yatırılan sərmayənin perspektivdə ölkə iqtisadiyyatında effektivliyini açıq şəkildə büruzə verəcəyini bildirib. Fiziki sərmayə ilə insana yatırılan sərmayə arasında müqayisəli təhlil verən məruzəçi, inkişaf etmiş ölkələrdən statistik nəticələri nümunə gətirib. Təhsil faktoruna diqqət mərkəzinə çəkən məruzəçi, ali təhsil müəssisələrinin xidmət göstərən biznes struktur kimi fəaliyyət göstərməsinin daha effektiv nəticələr əldə edəcəyi fikrini bildirib. Ali təhsil almağın kütləviliyinin azaldılaraq, daha elitar təhsil forması kimi mövqeylənməsinin təmini elm və təhsil vəhdətinin səmərəli nəticəsini yarada biləcəyi vurğulayıb.