Süni intellektin 6 il ərzində 133 milyon yeni iş yeri yaradacağı proqnozlaşdırılır | Banco.az

Süni intellektin 6 il ərzində 133 milyon yeni iş yeri yaradacağı proqnozlaşdırılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Süni intellektin 6 il ərzində 133 milyon yeni iş yeri yaradacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, təxminən 500 CEO və Baş menecerin iştirakı ilə keçirilən sammitdə 40 fərqli sektordan 50 natiqin çıxışlarındakı başlıqlarla formalaşan hesabata görə, şirkətlərin süni intellektdən daha çox məhsul inkişafı və risklərin idarə edilməsi kimi funksiyalarda istifadə etdiyi bildirilir.

Sammitdə diqqət çəkən 10 mövzu arasında “Metal Yaxalıq Dövrü”, “CEO-ların transformasiyası” və “Süni intellektin etik istifadəsi” önə çıxan başlıqlar olub.

Süni intellektdən ən çox təsirlənəcək sektorlar arasında Səhiyyə, Maliyyə və Bankçılıq, Ödəniş Sistemləri, Sənaye və İstehsalat, Pərakəndə satış, Elektron Ticarət, Nəqliyyat və Logistika, Təhsil, Kənd Təsərrüfatı və Əyləncə sahələri yer alıb. 

Hesabatda həmçinin bildirilib ki, qlobal süni intellekt bazarının 2030-cu ilə qədər 1,81 trilyon dollara çatacağı gözlənilir. Bununla yanaşı, süni intellektin sözügedən müddət ərzində 133 milyon yeni iş yeri yaradacağı da proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram